{codewithazad}
Zero to Product Pro — Süni İntellekt

Kod yazmırsan, məhsul qurursan. Bu dəfə daha dərin.

Zero to Product-un genişləndirilmiş versiyası. Claude və Codex-lə iş qurmaqdan başlayaraq Claude Cowork, Claude Design və n8n ilə biznes avtomatlaşdırmasına qədər — sənə real məhsul və iş axını qurmağı öyrədən tam bir sistem.

99AZN · tək dəfəlik ödəniş
20+Dərs
1Canlıya çıxan layihə
12–50+Yaş həddi yoxdur
1Şəxsi mentor
∞Mentorluq — ödənişsiz

Kimlər üçündür

  • Sıfırdan başlayanlar üçün
  • Kod yazmağa səbri olmayanlar üçün
  • Süni intellekt dövrünə uyğunlaşmaq istəyənlər üçün
  • Öz məhsulunu yaratmaq istəyən sahibkarlar üçün
  • Biznesini Claude və n8n ilə avtomatlaşdırmaq istəyənlər üçün
  • Freelancer olmaq və ya öz startup-ını qurmaq istəyənlər üçün

Kimlər üçün deyil

  • Bir gecədə "professional" olmağı gözləyənlər üçün deyil
  • Sadəcə videoya baxıb praktika etməyəcəklər üçün deyil
  • Səhv etməkdən qorxub özü sınamayanlar üçün deyil

Proqram

Modul-modul nə öyrənəcəksən.

Dərs 1

Giriş — Veb Proqramlaşdırma və Tərkibi

Bu sahənin nədən ibarət olduğunu başdan aydınlaşdırırıq.

Veb proqramlaşdırma nədirSahənin tərkibi

Dərs 2

Frontend Proqramlaşdırma Nədir

İstifadəçinin gördüyü tərəfin məntiqi.

Frontend nədir

Dərs 3

Backend Proqramlaşdırma Nədir

Görünməyən, amma hər şeyi idarə edən tərəf.

Backend nədir

Dərs 4

Full Stack və Mobil Proqramlaşdırma Nədir

Bu anlayışların bir-birindən fərqi və əlaqəsi.

Full Stack nədirMobil proqramlaşdırma

Dərs 5

Sayt Nədir və Hansı Növləri Var

Fərqli sayt növlərini və nə vaxt hansının seçildiyini görürük.

Sayt növləri

Dərs 6

Saytlar Necə Hazırlanır

Fikirdən hazır sayta gedən prosesin məntiqi.

Hazırlanma prosesi

Dərs 7

Browser Nədir və Necə İşləyir

Hər gün istifadə etdiyin proqramın arxasındakı məntiq.

Browser məntiqi

Dərs 8

Domen və Hostinq Nədir

Layihənin internetdə "ünvan" sahibi olması necə işləyir.

DomenHostinq

Dərs 9

Visual Studio Code — Quraşdırma və İstifadə

İşləyəcəyin əsas alətin quraşdırılması.

QuraşdırmaƏsas istifadə

Dərs 10

Claude və Codex-ə Giriş

Bu paketin əsas alətləri ilə tanışlıq.

ClaudeCodex

Dərs 11

Claude Agent vs Skills Nədir

AI-ın imkanlarını düzgün ayırd etməyi öyrənirik.

AgentSkills

Dərs 12

Claude-a Prompt Vermə Qaydaları və İlk Layihə

Düzgün prompt yazmaq — bu paketin ən vacib bacarığı.

Prompt qaydalarıİlk layihə

Dərs 13

Claude ilə Sıfırdan Landing Page Hazırlamaq

Öyrəndiyin hər şeyi bir layihədə tətbiq edirsən.

Landing pageAddım-addım qurma

Dərs 14

Deployment — Layihəni Canlıya Çıxarmaq

Qurduğun layihəni internetdə hamının görəcəyi hala gətiririk.

Canlıya çıxarma

Dərs 15

Claude Cowork ilə Layihə İdarəetməsi

Claude-un Cowork rejimi ilə fayl və tapşırıq idarəetməsini, çox addımlı işləri necə avtomatlaşdırdığını öyrənirik.

Cowork rejiminə girişFayl və tapşırıq idarəetməsiÇox addımlı iş axınlarının avtomatlaşdırılması

Dərs 16

Claude Design ilə UI/UX Hazırlamaq

Claude Design vasitəsilə mockup, sayfa və interfeys dizaynı qurmağı öyrənirik.

Claude Design-a girişMockup və sayfa dizaynıDizaynı koda çevirmə

Dərs 17-18

n8n ilə Biznes Avtomatlaşdırması

n8n workflow-ları qurub müxtəlif alətləri bir-birinə bağlayaraq iş proseslərini avtomatlaşdırırıq.

n8n-ə giriş və quraşdırmaWorkflow qurmaAlətlərin inteqrasiyasıReal biznes ssenariləri

Dərs 19-20

Dərin Prompt Mühəndisliyi, MCP və Connectors

Daha mürəkkəb layihələr üçün irəli səviyyə prompt yazma texnikaları və Claude-u genişləndirən MCP/Connectors sistemi.

İrəli səviyyə prompt texnikalarıMCP (Model Context Protocol) nədirConnectors ilə Claude-u genişləndirmə

Nəyə sahib olacaqsan

  • Hər dərsin video materialı əlində qalır
  • Sıfırdan qurub canlıya çıxardığın bir neçə real layihə
  • Claude, Codex, Cowork və Design ilə düzgün işləmə prinsipi
  • n8n ilə iş axınlarını avtomatlaşdırma bacarığı
  • Lifetime giriş
  • Yenilənmələr mövcud tələbələr üçün pulsuzdur

Mentorluq necə işləyir

  • Mentorluq limitsiz və tamamilə ödənişsizdir
  • Sualların olanda birbaşa mənə yaza bilərsən
  • Claude, n8n və digər alətlərlə işləyərkən ilişdiyin yerdə kömək edirəm
  • Öz layihə fikrini necə addım-addım qurduğunu birlikdə planlaşdırırıq

Nəticə

Kursun sonunda əlində nə olacaq.

  • Veb sisteminin necə işlədiyini anlayacaqsan
  • Claude, Codex, Cowork və Claude Design ilə peşəkar səviyyədə işləyəcəksən
  • n8n ilə öz iş axınlarını avtomatlaşdıra biləcəksən
  • Öz layihəni sıfırdan qurub deploy edə biləcəksən
  • Sistemli düşünmə vərdişi qazanacaqsan
  • Beynindəki fikri reallaşdırmaq sənə daha mümkün görünəcək

Suallar

Tez-tez soruşulan suallar.

Kod yazmağı bilmirəm, bu paket mənlik deyilmi?

Əksinə, elə bunun üçün hazırlanıb. Bu paket kod yazmağı yox, süni intellekt alətləri ilə sistem qurmağı öyrədir. Heç bir texniki hazırlıq tələb olunmur.

Bu paket "Zero to Product" (29 AZN) paketindən nə ilə fərqlənir?

29 AZN-lik paketdəki bütün mövzular bu paketə də daxildir. Əlavə olaraq Claude Cowork, Claude Design, n8n ilə biznes avtomatlaşdırması və daha dərin prompt mühəndisliyi/MCP mövzularını əhatə edir — yəni daha geniş alət dəsti, daha çox real layihə.

Bu paket mənə iş qarantiya edirmi?

Xeyr, birbaşa iş qarantiyası vermir. Amma AI ilə işləmə, məhsul yaratma, avtomatlaşdırma qurma və sistemli düşünmə bacarığı qazanacaqsan — bu da səni çoxlarının önünə keçirəcək.

Yaş məhdudiyyəti varmı?

12 yaşdan 50+ yaşa qədər hər kəs üçün uyğundur. Vacib olan yaş yox, öyrənmək istəyidir.

Bir neçə videoya baxandan sonra nəticə görəcəyəmmi?

Xeyr. Hər videonu təkrar izləyib öz cəhdlərinlə praktika etməlisən, əks halda irəliləmə zəif ola bilər.

Süni intellekt bütün işi mənim əvəzimə görəcək?

Xeyr. Süni intellekt istifadə etmək düşünməyi dayandırmaq deyil, daha düzgün düşünməyi öyrənməkdir. Qərarı yenə sən verirsən.

Mentorluq bu paketə də daxildirmi, əlavə ödəniş varmı?

Bəli, daxildir və tamamilə ödənişsizdir. İstədiyin zaman mənə birbaşa yaza bilərsən, sual verməkdən çəkinmə. Heç bir gizli ödəniş yoxdur.

Ödənişi necə edə bilərəm?

Saytdan birbaşa kartla (Visa/Mastercard) və ya Apple Pay/Google Pay ilə tək dəfəlik ödəniş edə bilərsən. Aylıq abunə yoxdur — bir dəfə ödəyirsən, ömürlük çıxışın olur.

Başlamaq üçün hazırsan?

99AZN · tək dəfəlik
İndi al — 99 AZN

Sualın var? Birbaşa yaz.

"Zero to Product Pro — Süni İntellekt" haqqında sualların var? WhatsApp və ya Instagram-dan mənə yaz, birlikdə həll edək.