Mən Azad Mirheydərzadə.
Full Stack Developer-əm. 5 ildən artıqdır JavaScript, React, Next.js, Node.js, TypeScript və JavaScript texnologiyaları / ekosistemi ilə sıfırdan real məhsullar qururam, mövcud layihələrə support göstərirəm. Palifind-i qurmuşam, Stayopia-nın bütün kod bazasını sıfırdan yazmışam — autentifikasiyadan Stripe ödənişlərinə, real-time funksiyalardan cloud deployment-a qədər. Apar saytının ön hissəsini kodlaşdırmışam. Bu və daha bir çox layihələrdə çalışmışam, təcrübə qazanmışam və qazanmağa da davam edirəm.
Bundan başqa npm-də açıq mənbəli kitabxanalar paylaşıram və @codewithazad hesabım üzərindən developerlərə sıfırdan production səviyyəsinə qədər yol göstərirəm. Kodu sevirəm, amma daha çox real problemi həll edən, insanların istifadə etdiyi məhsulları qurub, yaratmağı sevirəm. Süni intellekt-dən istifadə etməkdən çəkinmirəm, onu alət kimi istifadə edirəm. Həmçinin, mövcud problemləri həll etməyi və araşdırmağı, yeni şeylər öyrənməyi sevirəm.
Təcrübə
Harada işləmişəm.
01
Palifind
Founder & Full Stack Developer
Bakı, Azərbaycan
- Yerli bizneslərlə müştəriləri bir araya gətirən platformanı sıfırdan qurdum.
- Next.js, React, TypeScript və Node.js ilə tam kod bazasını yazdım, Prisma ORM ilə data modelini qurdum.
- Biznes və müştəri autentifikasiyası, axtarış, kateqoriya filtrləməsi, təsdiqlənmiş profil sistemi qurdum.
- Production deployment-i, domen və DNS konfiqurasiyasını, CI/CD prosesini idarə etdim.
02
Stayopia
Full Stack Developer
Almaniya / Remote
- Otel rezervasiyasını sifariş və çatdırılma sistemi ilə birləşdirən platformada developer kimi çalışdım.
- Platformanın kodunu mən yazdım — Stripe ilə tam ödəniş axını qurdum.
- Real-time sifariş izləmə və status yeniləmə funksionallığını əlavə etdim.
- Komandanın bir üzvü kimi hosting və release proseslərində iştirak etdim.
03
Azadev — Full Stack Course & Zero to Product
Founder & Instructor
Bakı, Azərbaycan
- Full Stack Development və Süni İntellekt üzrə iki proqram yaratdım və satıram.
- Tələbələrlə bir-bir işləyirəm, Instagram-da (@codewithazad) təhsil məzmunu paylaşıram.
- Tələbələri real, satıla bilən məhsul qurmağa qədər addım-addım aparıram.
04
166 Tech
Front End Developer
Bakı, Azərbaycan
- Böyük layihələr üçün sıfırdan bir neçə admin panel dizayn etdim.
- Node.js, Express.js, NestJS, React və MongoDB ilə tətbiqlər qurdum.
- Figma dizaynlarını production koda çevirdim, keyfiyyəti təmin etmək üçün testlərdən keçirdim.
05
Miray Invest
Full Stack Developer
Türkiyə / Remote
- Komandanın aktiv üzvü kimi frontend və backend funksiyalarını təhvil verdim.
- JWT autentifikasiyası, REST API-lar və E2E testlər üzərində işlədim.
06
Renovar
Backend Developer (Node.js / Express.js)
Türkiyə / Remote
- Sıfırdan backend servisləri qurdum, mövcud REST API-ları genişləndirdim.
- RMS (Remote Management System) inkişafına və komanda daxilində çatdırılmaya töhfə verdim.
07
Massi
Front-End Developer
Bakı, Azərbaycan
- Avtomobil satışı platformasının frontend hissəsini inkişaf etdirdim və UX-i yaxşılaşdırdım.
08
Freelance
React Developer
Remote
- Müxtəlif müştərilər üçün React əsaslı istifadəçi interfeysləri hazırladım.
Bacarıqlar
İşlədiyim texnologiyalar.
Frontend
Backend
Verilənlər Bazası
Cloud & DevOps
Mobil
Alətlər
Təhsil
Buradan başladım.
Full Stack Development
Future Learn Academy · Bakı
PHP, MySQL, JavaScript və Python təməllərini ilk 1-3 ay öyrəndim; İlk 3-6-cı aylardan MP3 player, bəsit mock e-ticarət saytları quraraq özümü inkişaf etdirməyə çalışdım.
Full Stack Development
Jed Academy · Bakı
Komanda halında GitHub üzərində layihələr həyata keçirdim, repozitoriyaları idarə etdim və production-a deploy etdim. Bu mövqedə mənə mentorlar dəstək oldu.
Bu bacarıqlarla sənin layihən üçün nə edə bilərəm?
İstər freelance layihə, istər mentorluq, istərsə də iş birliyi, əməkdaşlıq üçün — yazmaqdan çəkinmə. Öyrənməyi və Öyrətməyi sevirəm :)))