5 ildən artıqdır React, Next.js, Node.js, Express, NestJS, TypeScript, MongoDB və bu kimi bir çox JS Ekosistemi və Texnologiyaları ilə müasir, yüksək performanslı veb tətbiqlər qururam. Palifind-in qurucusu və Stayopia-nın developeriyəm — hər ikisinin tam kod bazasını sıfırdan yazıb, autentifikasiya, Stripe ödənişləri, real-time funksiyalar, REST API-lar və cloud deployment daxil olmaqla E2E çatdırmışam. NPM-də təkrar istifadə edilə bilən React + TypeScript kitabxanaları paylaşıram və yeni başlayan yoldaşlara öz instagram hesabımda sıfırdan production səviyyəsinə qədər öz kurslarım vasitəsilə mentorluq edirəm.
Bacarıqlar
Frontend
JavaScript, React, Next.js (App Router), TypeScript, Redux / Zustand, React Query, Tailwind CSS, Framer Motion, HTML, CSS, SCSS / SASS
Backend
Node.js, Express.js, NestJS, REST API dizaynı, API, Prisma, MongoDB / Mongoose, JWT / OAuth, Stripe
Verilənlər Bazası
MongoDB, PostgreSQL, MySQL
Cloud & DevOps
Docker, CI/CD, AWS, Vercel, Cloudflare, DNS və domen idarəetməsi
Mobil
React Native, Expo, Flutter (simple apps)
Alətlər
Git / GitHub, Vite, Figma → Kod, npm paket nəşri, E2E / Integration tests
Təcrübə
Founder & Full Stack Developer — Palifind
Bakı, Azərbaycan
- · Yerli bizneslərlə müştəriləri bir araya gətirən platformanı sıfırdan qurdum.
- · Next.js, React, TypeScript və Node.js ilə tam kod bazasını yazdım, Prisma ORM ilə data modelini qurdum.
- · Biznes və müştəri autentifikasiyası, axtarış, kateqoriya filtrləməsi, təsdiqlənmiş profil sistemi qurdum.
- · Production deployment-i, domen və DNS konfiqurasiyasını, CI/CD prosesini idarə etdim.
Full Stack Developer — Stayopia
Almaniya / Remote
- · Otel rezervasiyasını sifariş və çatdırılma sistemi ilə birləşdirən platformada developer kimi çalışdım.
- · Platformanın kodunu mən yazdım — Stripe ilə tam ödəniş axını qurdum.
- · Real-time sifariş izləmə və status yeniləmə funksionallığını əlavə etdim.
- · Komandanın bir üzvü kimi hosting və release proseslərində iştirak etdim.
Founder & Instructor — Azadev — Full Stack Course & Zero to Product
Bakı, Azərbaycan
- · Full Stack Development və Süni İntellekt üzrə iki proqram yaratdım və satıram.
- · Tələbələrlə bir-bir işləyirəm, Instagram-da (@codewithazad) təhsil məzmunu paylaşıram.
- · Tələbələri real, satıla bilən məhsul qurmağa qədər addım-addım aparıram.
Front End Developer — 166 Tech
Bakı, Azərbaycan
- · Böyük layihələr üçün sıfırdan bir neçə admin panel dizayn etdim.
- · Node.js, Express.js, NestJS, React və MongoDB ilə tətbiqlər qurdum.
- · Figma dizaynlarını production koda çevirdim, keyfiyyəti təmin etmək üçün testlərdən keçirdim.
Full Stack Developer — Miray Invest
Türkiyə / Remote
- · Komandanın aktiv üzvü kimi frontend və backend funksiyalarını təhvil verdim.
- · JWT autentifikasiyası, REST API-lar və E2E testlər üzərində işlədim.
Backend Developer (Node.js / Express.js) — Renovar
Türkiyə / Remote
- · Sıfırdan backend servisləri qurdum, mövcud REST API-ları genişləndirdim.
- · RMS (Remote Management System) inkişafına və komanda daxilində çatdırılmaya töhfə verdim.
Front-End Developer — Massi
Bakı, Azərbaycan
- · Avtomobil satışı platformasının frontend hissəsini inkişaf etdirdim və UX-i yaxşılaşdırdım.
React Developer — Freelance
Remote
- · Müxtəlif müştərilər üçün React əsaslı istifadəçi interfeysləri hazırladım.
Təhsil
Full Stack Development — Future Learn Academy
PHP, MySQL, JavaScript və Python təməllərini ilk 1-3 ay öyrəndim; İlk 3-6-cı aylardan MP3 player, bəsit mock e-ticarət saytları quraraq özümü inkişaf etdirməyə çalışdım.
Full Stack Development — Jed Academy
Komanda halında GitHub üzərində layihələr həyata keçirdim, repozitoriyaları idarə etdim və production-a deploy etdim. Bu mövqedə mənə mentorlar dəstək oldu.