Sıfırdan başla, Full Stack Developer kimi bitir.
HTML-in ilk teqindən React, Next.js və Node.js/MongoDB backend-ə qədər — mentorluqla birlikdə tam bir yol xəritəsi. Video izləmirsən, real bir məhsul qurursan. Üstəlik, bu paketi alanda Zero to Product Pro paketini (99 AZN dəyərində) tamamilə hədiyyə qazanırsan.
Kimlər üçündür
- Proqramlaşdırmaya sıfırdan başlamaq istəyən hər kəs üçün
- Öz-özünə öyrənib qarışıq qalanlar üçün
- Frontend bilib backend-ə keçmək istəyənlər üçün
- İş üçün real layihə portfoliosu qurmaq istəyənlər üçün
- Ciddi məşğul olmağa hazır olan, nəticə istəyənlər üçün
Kimlər üçün deyil
- Sehrli düymə axtaran, əməksiz nəticə gözləyənlər üçün deyil
- Videoya baxıb heç nə tətbiq etməyəcəklər üçün deyil
- Sualsız, mentorsuz öyrənməyi üstün tutanlar üçün deyil
Proqram
Modul-modul nə öyrənəcəksən.
Bölüm 1
HTML, CSS, SCSS
Veb-in təməli. Struktur, dizayn və responsive düşüncə.
Bölüm 2
JavaScript
Veb-i canlandıran dil. Məntiq və problem həlli.
Bölüm 3
API, Git, Ekosistem
Real dünya alətləri ilə tanışlıq.
Bölüm 4
React.js
Modern frontend-in sənaye standartı.
Bölüm 5
Next.js
Production səviyyəli React framework-ü.
Bölüm 6
Backend & Verilənlər Bazası
Node.js, Express.js və MongoDB ilə server tərəfi.
Bölüm 7
Full Stack Layihə
Hər şeyi bir araya gətiririk: real, satıla bilən məhsul.
Son olaraq,
Paketi Tam Bitirdikdən Sonra
Özünü inkişaf etdirib, daha çox layihə yazmağa başlasan və araşdırma etsən, IT vakansiyalara rahatlıqla CV göndərə biləcək, Süni İntellekt alətləri ilə işləmə bacarığına sahib olacaq, öz biliyin vasitəsilə pul qazana biləcək, remote işlər tapa biləcək və özünü daha da inkişaf etdirib yeni IT sahələrinə (Cybersecurity, Data Analitika və s.) rahatlıqla yönələ biləcəksən.
Nəyə sahib olacaqsan
- Hər dərsin tam kod faylları əlində olacaq
- Öyrəndiyini praktikaya çevirən real tapşırıqlar
- Portfolio-na əlavə edə biləcəyin bitmiş məhsul
- Zero to Product Pro paketi (99 AZN dəyərində) tamamilə hədiyyə
- Lifetime access — bir dəfə al, istədiyin qədər izlə
Mentorluq necə işləyir
- Mentorluq limitsiz və tamamilə ödənişsizdir
- Hər tələbənin inkişafını fərdi şəkildə izləyirəm
- Suallarını şəxsən cavablandırıram
- Kodunu yoxlayır, səhvini göstərirəm
- Harda ilişsən, sənə yol göstərirəm və bir yerdə, sənin bu sahəni ən qısa zamanda öyrənə bilməyin üçün hərəkətə keçirik.
Nəticə
Kursun sonunda əlində nə olacaq.
- Sıfırdan bir Full Stack veb tətbiqi qurma bacarığı
- Admin panel + Frontend + Backend + Database olan real layihə
- GitHub-da göstərə biləcəyin peşəkar portfolio
- İşəgötürənlərin axtardığı texnologiyalarda praktiki təcrübə
- Öz layihəni və ya freelance işini tək başına quraşdırma bacarığı
- Zero to Product Pro paketi ilə Claude, n8n və AI alətləri üzrə əlavə bacarıq
Suallar
Tez-tez soruşulan suallar.
Ödənişi 1 dəfə edirik?
Bəli. Kursu aldıqdan sonra bütün materiallara ömürlük çıxışın olur və 1 dəfə ödəniş edirsən. Daha sonra mentorluq və yeniləmələr üçün əlavə heç bir ödəniş almıram. 1 dəfə ödəniş edib həm mentorluq qazanırsan, həm də Sıfırdan Real Full Stack Proqramlaşdırma öyrənirsən.
Zero to Product Pro paketi həqiqətən hədiyyədirmi, əlavə ödəniş yoxdur?
Bəli, tamamilə hədiyyədir. Full Stack paketini alan kimi 99 AZN dəyərindəki Zero to Product Pro paketinə (Claude, Codex, n8n, Claude Cowork və Design daxil) də avtomatik giriş qazanırsan — heç bir əlavə addım və ya ödəniş etmirsən.
Proqramlaşdırma ilə bağlı heç bir şey bilmirəm, başlaya bilərəmmi?
Bəli. Kurs tam sıfırdan başlayır — HTML-in ilk teqindən. Heç bir ön bilik tələb olunmur.
Kursu bitirmək üçün nə qədər vaxt lazımdır?
Ortalama 1-3 ay, günə 1-2 saat ayırmaqla. Sürət tamamilə sənin əlindədir, vaxt limiti yoxdur.
Kursun tərkibi nədən ibarətdir?
.zip faylı olaraq sıfırdan içərisini doldurub, hazırladığım paketdir. 7 ayrı bölüm (papka) və 40+ saatlıq videodərsliklər (hədiyyə paketi ilə birgə) mövcuddur. Əlavə olaraq, hər bölümün içərisində kodlar, kod tapşırıqları və bölümü bitirdikdən sonra etməyin üçün tapşırıq (task) yerləşdirmişəm. Ödənişdən dərhal sonra endirmə linkini həm bu saytda, həm də e-poçtunda görəcəksən.
Mentorluq necə işləyir?
Kursu aldıqdan sonra mənə birbaşa yaza bilərsən. Suallarını cavablandırıram, kodunu yoxlayıram və ilişdiyin yerdə yol göstərirəm.
Mentorluq üçün əlavə ödəniş varmı?
Xeyr. Mentorluq kursun qiymətinə daxildir, limitsizdir və heç bir gizli ödəniş yoxdur.
Real layihə quracağammı?
Bəli. Kursun sonunda Admin Panel, Frontend, Backend və Database-dən ibarət tam funksional bir layihə quracaqsan.
Kursu bitirdikdən sonra iş tapa bilərəmmi?
Kurs sənə real bacarıq və portfolio verir — bu, iş müsahibələrində ən böyük üstünlüyündür. Qərar prosesi fərdi olsa da, sən hazır gedəcəksən.
Ödənişi necə edə bilərəm?
Saytdan birbaşa kartla (Visa/Mastercard) və ya Apple Pay/Google Pay ilə tək dəfəlik ödəniş edə bilərsən. Aylıq abunə yoxdur — bir dəfə ödəyirsən, ömürlük çıxışın olur.
Sualın var? Birbaşa yaz.
"Full Stack Development Course" haqqında sualların var? WhatsApp və ya Instagram-dan mənə yaz, birlikdə həll edək.