Kod yazmırsan, məhsul qurmağı öyrənirsən.
Süni intellekt dünyasına ilk addım. Heç bir texniki biliyin olmasa belə, veb sisteminin necə işlədiyini anlayır, Claude və Codex kimi alətlərlə ilk layihəni qurub canlıya çıxarırsan.
Kimlər üçündür
- Süni intellekt dünyasına ilk addımını atmaq istəyənlər üçün
- Kod yazmağa səbri olmayanlar üçün
- Veb saytların necə işlədiyini anlamaq istəyənlər üçün
- Claude və Codex ilə ilk layihəsini qurmaq istəyənlər üçün
- Ucuz başlayıb, nəticəyə görə davam etmək istəyənlər üçün
Kimlər üçün deyil
- Bir gecədə "professional" olmağı gözləyənlər üçün deyil
- Sadəcə videoya baxıb praktika etməyəcəklər üçün deyil
- Səhv etməkdən qorxub özü sınamayanlar üçün deyil
Proqram
Modul-modul nə öyrənəcəksən.
Dərs 1
Giriş — Veb Proqramlaşdırma və Tərkibi
Bu sahənin nədən ibarət olduğunu başdan aydınlaşdırırıq.
Dərs 2
Frontend Proqramlaşdırma Nədir
İstifadəçinin gördüyü tərəfin məntiqi.
Dərs 3
Backend Proqramlaşdırma Nədir
Görünməyən, amma hər şeyi idarə edən tərəf.
Dərs 4
Full Stack və Mobil Proqramlaşdırma Nədir
Bu anlayışların bir-birindən fərqi və əlaqəsi.
Dərs 5
Sayt Nədir və Hansı Növləri Var
Fərqli sayt növlərini və nə vaxt hansının seçildiyini görürük.
Dərs 6
Saytlar Necə Hazırlanır
Fikirdən hazır sayta gedən prosesin məntiqi.
Dərs 7
Browser Nədir və Necə İşləyir
Hər gün istifadə etdiyin proqramın arxasındakı məntiq.
Dərs 8
Domen və Hostinq Nədir
Layihənin internetdə "ünvan" sahibi olması necə işləyir.
Dərs 9
Visual Studio Code — Quraşdırma və İstifadə
İşləyəcəyin əsas alətin quraşdırılması.
Dərs 10
Claude və Codex-ə Giriş
Bu paketin əsas alətləri ilə tanışlıq.
Dərs 11
Claude Agent vs Skills Nədir
AI-ın imkanlarını düzgün ayırd etməyi öyrənirik.
Dərs 12
Claude-a Prompt Vermə Qaydaları və İlk Layihə
Düzgün prompt yazmaq — bu paketin ən vacib bacarığı.
Dərs 13
Claude ilə Sıfırdan Landing Page Hazırlamaq
Öyrəndiyin hər şeyi bir layihədə tətbiq edirsən.
Dərs 14
Deployment — Layihəni Canlıya Çıxarmaq
Qurduğun layihəni internetdə hamının görəcəyi hala gətiririk.
Nəyə sahib olacaqsan
- Hər dərsin video materialı əlində qalır
- Sıfırdan qurub canlıya çıxardığın bir layihə
- Claude və Codex ilə düzgün işləmə prinsipi
- Lifetime giriş
- Yenilənmələr mövcud tələbələr üçün pulsuzdur
Mentorluq necə işləyir
- Mentorluq limitsiz və tamamilə ödənişsizdir
- Sualların olanda birbaşa mənə yaza bilərsən
- Claude ilə işləyərkən ilişdiyin yerdə kömək edirəm
- Öz layihə fikrini necə addım-addım qurduğunu birlikdə planlaşdırırıq
Nəticə
Kursun sonunda əlində nə olacaq.
- Veb sisteminin necə işlədiyini anlayacaqsan
- Claude və Codex kimi AI alətləri ilə düzgün işləməyi biləcəksən
- Öz layihəni sıfırdan qurub deploy edə biləcəksən
- Sistemli düşünmə vərdişi qazanacaqsan
- Beynindəki fikri reallaşdırmaq sənə daha mümkün görünəcək
Suallar
Tez-tez soruşulan suallar.
Kod yazmağı bilmirəm, bu paket mənlik deyilmi?
Əksinə, elə bunun üçün hazırlanıb. Bu paket kod yazmağı yox, süni intellekt alətləri ilə sistem qurmağı öyrədir.
Bu paket "Zero to Product Pro" (99 AZN) paketindən nə ilə fərqlənir?
Bu paket giriş səviyyəsidir — Claude, Codex, veb sisteminin əsasları və ilk layihəni canlıya çıxarma addımlarını əhatə edir. Pro paketdə bunlara əlavə olaraq Claude Cowork, Claude Design, n8n ilə biznes avtomatlaşdırması və daha dərin prompt mühəndisliyi var.
Bu paket mənə iş qarantiya edirmi?
Xeyr, birbaşa iş qarantiyası vermir. Amma AI ilə işləmə, məhsul yaratma və sistemli düşünmə bacarığı qazanacaqsan — bu da səni çoxlarının önünə keçirəcək.
Yaş məhdudiyyəti varmı?
12 yaşdan 50+ yaşa qədər hər kəs üçün uyğundur. Vacib olan yaş yox, öyrənmək istəyidir.
Bir neçə videoya baxandan sonra nəticə görəcəyəmmi?
Xeyr. Hər videonu təkrar izləyib öz cəhdlərinlə praktika etməlisən, əks halda irəliləmə zəif ola bilər.
Süni intellekt bütün işi mənim əvəzimə görəcək?
Xeyr. Süni intellekt istifadə etmək düşünməyi dayandırmaq deyil, daha düzgün düşünməyi öyrənməkdir. Qərarı yenə sən verirsən.
Mentorluq bu paketə də daxildirmi?
Bəli, limitsiz və ödənişsizdir. İstədiyin zaman mənə birbaşa yaza bilərsən, sual verməkdən çəkinmə.
Ödənişi necə edə bilərəm?
Saytdan birbaşa kartla (Visa/Mastercard) və ya Apple Pay/Google Pay ilə tək dəfəlik ödəniş edə bilərsən. Aylıq abunə yoxdur — bir dəfə ödəyirsən, ömürlük çıxışın olur.
Sualın var? Birbaşa yaz.
"Zero to Product" haqqında sualların var? WhatsApp və ya Instagram-dan mənə yaz, birlikdə həll edək.