5 ildir kod yazıram, məhsul qururam.
Salam, mən Azad. JavaScript və Ekosistemi ilə real məhsullar qururam. Palifind-in qurucusuyam, Stayopia-da isə developer kimi çalışmışam. Bildiklərimi@codewithazadüzərindən başqalarına öyrədirəm.
Xidmətlər
Layihəni sıfırdan qururam.
Mobil tətbiq, veb sayt, CRM/ERP, AI avtomatlaşdırma, Telegram botu — dizayndan deploya qədər hər şey daxil. Admin panel əlavə haqq deyil, ilk il hosting və domen mənim üzərimdə.
Mobil Tətbiqlər
React Native və Expo ilə tək kod bazasından həm iOS, həm də Android üçün tətbiq qururam — UX/UI dizaynından App Store və Play Store-a çıxışa qədər bütün proses məndədir.
Veb Saytlar & Veb Tətbiqlər
Korporativ sayt, e-ticarət platforması, SaaS məhsulu, daxili iş sistemi — istənilən növ və mürəkkəblikdə veb layihəni sıfırdan qurub təhvil verirəm.
CRM & ERP Sistemləri
Bizneslərin satış, anbar, müştəri və işçi proseslərini bir yerdə idarə etdiyi fərdi CRM/ERP sistemləri qururam — hazır şablon deyil, sənin proseslərinə uyğun.
AI Avtomatlaşdırma & İnteqrasiya
Mövcud sistemlərinə süni intellekt inteqrasiya edirəm, iş proseslərini avtomatlaşdıran öz AI agentlərimi qururam — dəstək botundan məlumat emalına qədər.
Telegram Botları
Sifariş qəbulu, müştəri dəstəyi, bildiriş sistemi və ya daxili iş axını üçün funksional Telegram botları yazıram — istəyinə görə admin paneli ilə birlikdə.
Mövcud Layihələrə Dəstək
Kodun sənin olub-olmamasından asılı olmayaraq mövcud sayt və ya tətbiqindəki bugları tapıb düzəldirəm, dayanmış layihəni yenidən işə salıram, performans problemlərini həll edirəm.
Hazırda nə edirəm
Üç sahədə eyni anda fəaliyyət göstərirəm.
Təlimçi
Full Stack Development Course və Zero to Product proqramları ilə sıfırdan başlayanlara öz məhsullarını qurmağı öyrədirəm. Əlavə olaraq fərdi dərslər verirəm, mentorluq edirəm.
Freelancer
Startap və bizneslər üçün mobil tətbiq, veb sayt, CRM/ERP sistemi — dizayndan deploya qədər fikirdən production-a hər şeyi mən qururam.
Süni İntellekt üzrə Avtomatlaşdırma və Süni İntellekt Layihələri
Bizneslər üçün süni intellekt əsaslı avtomatlaşdırma sistemləri qurur, bu sahədə strateji istiqamət müəyyən edirəm.
Layihələrim
Qurduğum məhsullar.
Bu layihələr, karyeramın sadəcə bir hissəsidir.
Founder & Developer
Palifind
Palifind — üzərində işlədiyim və ərsəyə gətirdiyim, müxtəlif şəhər və kateqoriyalarda fəaliyyət göstərən yerli bizneslərin müştərilər tərəfindən tapılmasını, eləcə də bizneslərin reputasiyasının artırılması, daha çox müştəri qazanma, bizneslərin öz məhsullarını daha tez satmasını və insanlara duyurabilməsini asanlaşdıran platforma. Həm ideyanı, həm də bütün kodu mən yaratmışam: autentifikasiya, axtarış və filtr sistemi, təsdiqlənmiş biznes profilləri, birbaşa əlaqə kanalları. Deployment, domen və DNS idarəetməsi də daxil olmaqla bütün texniki tərəf mənim üzərimdədir.
Almaniyada fəaliyyət göstərən Stayopia şirkətində developer kimi işlədim — otel rezervasiyasını sifariş və çatdırılma xidməti ilə birləşdirən çoxfunksiyalı platformanın kodunu mən yazdım. Stripe ilə uçdan-uca ödəniş axını qurdum, real-time sifariş izləmə və status yeniləmələri əlavə etdim, hosting və release proseslərində iştirak etdim.
npm-də paylaşdıqlarım
Açıq mənbəli kitabxanalar yazıram.
Boş vaxtımda yazıb npm üzərində yayımladığım, developerlərin öz layihələrində birbaşa istifadə edə biləcəyi paketlər.
Harada işləmişəm
Bu şirkət və layihələrdə çalışmışam.
İşlədiyim texnologiyalar
Paketlərim
Hazırda iki proqram təklif edirəm.
İkisi də sıfırdan başlaya bilmək üçün qurulub. Qiymət və detallar üçün birbaşa yazmaq kifayətdir.
Bir layihən var? Öyrənmək istəyirsən?
Tələbə, sahibkar, sponsor — kim olursan ol, yazmaqdan çəkinmə. Adətən qısa müddətdə cavab verirəm.
